28 C
Baku
21 İyul 2025, 1:48
Dünya

Zaporojya atom elektrik stansiyasında yanğın!

 Bir-birinin ardınca açıqlamalar gəldi

Ukraynanın hücumu ilə əlaqədar Zaporojya Atom Elektrik Stansiyasının soyutma sistemində yanğın baş verdiyi və stansiyanın fəaliyyəti ilə bağlı heç bir təhlükənin olmadığı bildirilib.

Rusiya tərəfindən ilhaq edilmiş Zaporojya vilayətinin qubernatoru Yevgeni Balitskiy yazılı açıqlamasında Zaporojya AES-dəki vəziyyətlə bağlı məlumat verib.

Ukrayna ordusunun artilleriya atəşi ilə həyata keçirdiyi hücum nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verdiyini bildirən Balitskiy, “Stansiyada 6 blok soyuq dayanma vəziyyətindədir, partlayış və ya başqa bir hadisə yoxdur” deyib.

Balitskiy elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiya səviyyəsinin normal səviyyədə olduğunu vurğulayaraq, yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.

Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Xatırladaq ki, elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Yaxşı yatmaq üçün nə yemək lazımdır: alimlərin cavabı

Aynur Camal

Qlobal temperatur və geosiyasi risklər vurdu!

Aynur Camal

 iPhone 16 Pro Max dünyanın ən nazik çərçivəli telefonu ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu