32 C
Baku
28 İyul 2025, 14:05
Digər

Zaqatalada itkin düşən turistlər tapıldı

Dünən səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Onlar hazırda polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

Qeyd edək ki, tapılan şəxslər Əli Əlizadə və Əbdül Rzayevdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

AKİAB MMC və Motivator.az arasında memorandum imzalanıb.

Şükufə Ramizqızı

“Azərbaycan Qlaukomatoloqlarının V konfrası” keçirildi – FOTO

Bugün TV

Həkim qəhvə üçün ən pis vaxt barədə xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu