24 C
Baku
20 İyul 2025, 3:20
Baş xəbərDigər

Zaqatalada qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüldü

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat tədbirlər aparılıb. Əməliyyat nəticəsində avtomobillərdə konstruksiya dəyişikliyinə yol verən, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, dövlət qeydiyyat nişanı yerində olmayan, nəqliyyat vasitələrinə kustar üsulla hazırlanmış pərdələr quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtoxuliqanlıq edən və digər qayda pozuntuları törədən intizamsız sürücülər aşkar olunub.

Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin maarifləndirilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cavanşir Feyziyev: Heydər Əliyev dühası bütün qələbələrimizin mənbəyidir

Aynur Camal

Sovet kosmik gəmisi Kosmos 482 nəzarətsiz şəkildə Yerə çırpılacaq

Aynur Camal

Sənaye sahəsində baş verən yanğın nəzarət altına alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu