Siyasət

Zaxarova: “Avropa İttifaqının anti-Rusiya sanksiyalarına əməl etməyən ölkələri təhdid etməsi yanlış addımdır”

“Avropa İttifaqının (Aİ) üçüncü ölkələri anti-Rusiya sanksiyalarına əməl etmədiklərinə görə cəzalandırmaq təhdidləri, digər ölkələr  tərəfindən Qərbin siyasətlərini rədd etməsini artıracaq”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Şübhə yoxdur ki, Aİ-nin bu yaxınlarda qəbul etdiyi paketin bir hissəsi kimi üçüncü ölkələri anti-Rusiya məhdudiyyətlərinə əməl etmədiklərinə görə cəzalandırmaq təhdidləri dünyanın neokolonial, əslində diktator siyasətindən imtinasını gücləndirəcək”.

Qeyd edək ki, fevralın 25-də Avropa İttifaqı Rusiya İnsan Hüquqları Şurası Valeri Fadeyev, Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq İşlər üzrə Federal Agentliyin rəhbəri cərrah Leonid Roşalla bağlı məhdudiyyətlər qoyaraq Rusiyaya qarşı 10-cu sanksiyalar paketini tətbiq edib. Eyni zamanda, Yevgeni Primakov, Moskva vilayətinin baş nazirinin müavini Vyaçeslav Duxin, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və digər 82 rusiyalı vətəndaşa da məhdudiyyət qoyulub.

Moskalkova daha əvvəl TASS-a bildirib ki, Aİ sanksiyaları insanlara kömək etmək məqsədi daşıyan insan hüquqları diplomatiyasına mənfi təsir edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Mövlud Çavuşoğlu: “Kamal Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı açıqlamaları yalandır”

Nigar Məmmədova

ABŞ rəhbərliyinin səhvləri qlobal fəlakətə səbəb ola bilər – Rusiya Təhlükəsizlik Şurası

Bugün TV

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu