Digər

Zaxarova: “Polşa Ukrayna münaqişəsinə müdaxilə edir”

“Polşanın tikinti şirkətinin Ukraynanın qərbində hərbi təlim mərkəzi inşaa etməsi, Varşavanı münaqişəyə cəlb edəcək”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Volın vilayətində 600 ukraynalı hərbçi üçün döyüş hazırlığı mərkəzi tikilir. Polşanın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsi faktı Varşavada heç kimi narahat etmir”,-Zaxarova vurğulayıb.

O, bununla Polşanın “Lubawa S.A” şirkəti haqqında mətbuatda yayılan məlumatlara diqqət çəkib.

Zaxarova Ukraynadakı hərbi obyektlərin Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi olduğuna işarə edib.

Bugün TV

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu