24 C
Baku
5 Sentyabr 2025, 7:16
Digər

Zelenski Avropa liderlərinin Trampla videokonfrans formatında görüşündə iştirak edəcək

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa liderləri 2021-ci ildən bəri ilk ABŞ-Rusiya zirvə görüşündə Kiyevin maraqlarını qorumağa çalışırlar. Keçən həftə Kiyev və Avropa ölkələri ABŞ Prezidenti və rəsmilərinin hər hansı bir razılaşmanın “müəyyən ərazilərin dəyişdirilməsini” ehtiva edəcəyi ilə bağlı bəyanatları fonunda narahatlıq ifadə etmişdilər. Zelenski ikitərəfli danışıqlarda iştirakdan əvvəl Almaniya Kansleri Fridrix Mertslə görüşüb. Onlar bu gün axşam saatlarında Finlandiya, Fransa, Britaniya, İtaliya, Polşa və Avropa İttifaqı liderləri ilə bilikdə Donald Tramp ilə videokonfransda iştirak edəcəklər. Danışıqlara NATO-nun Baş katibi Mark Rütte də qatılacaq.

Donald Tramp “Truth Social” şəbəkəsində yazıb: “Qısa müddətdən sonra Avropa Liderləri ilə danışacağıq. Onlar sövdələşmənin bitdiyini görmək istəyən böyük insanlardır”.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Çin Xalq Respublikasının Sədri ŞƏT Sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürdü

İntizar Əmirova

Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Nigar Məmmədova

Aİ Ukraynadakı müharibə zamanı mülki təyyarələrin təsadüfi vurulması riski barədə bildirib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu