13 C
Baku
15 Fevral 2026, 16:50
Siyasət

Zelenski Azovstaldan hərbçilərin təxliyəsini təsdiqləyib

Prezident Zelenski Ukraynada mühasirədə olan Azovstal zavodundan qoşunların təxliyəsini təsdiqləyib.

Bugün.Tv TASS-a istinadən xəbər verir ki,Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində Mariupoldakı “Azovstal” polad emalı kompleksindən milli qoşunların təxliyyəsinə başlanıldığını təsdiqləyib.

“…biz əsgərlərimizin həyatını xilas edə biləcəyimizə ümid bəsləyirik, onların arasında ağır yaralılar da var və onlara tibbi yardım lazımdır”. – deyə Zelenski bildirib.O qeyd edib ki, Kiyev onların hamısını tezliklə öz ölkəsinə qaytarmağa ümid edir.

Xatırladaq ki, bazar ertəsi Rusiya Müdafiə Nazirliyi yaralı Ukrayna hərbçilərinin Azovstal polad zavodundan çıxarılmasına dair razılığın əldə edildiyini və bu məqsədlə humanitar dəhlizin açıldığını təsdiqləyib. Azovstal zavodundan 53 ağır yaralı ukraynalı hərbçi Novoazovska, daha 211 ukraynalı hərbçi isə humanitar dəhliz vasitəsilə zavoddan Yelenovka şəhərinə təxliyə edilib.

TASS

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Prezident İlham Əliyev Yekun sülh müqaviləsi ilə bağlı məsələyə nöqtə qoydu”

Aynur Camal

Rusiya: İsrail Suriyada “özbaşına hücumlar” həyata keçirir

Aynur Camal

ABŞ Senatı DHS büdcəsini təsdiqləyə bilmədi – hökumət hissə-hissə bağlana bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu