21 C
Baku
11 İyun 2025, 3:24
Dünya

Zelenski: Bu gecə Ukraynaya 103 pilotsuz təyyarə və bir ballistik raket atılıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun 103 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketlə ölkəsinin müxtəlif bölgələrinə hücum etdiyini açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında verdiyi açıqlamada rusların bu gecə ölkəsinə raket və İHA hücumları təşkil etdiyini bildirib.

Hücumlarda müxtəlif bölgələrin hədəf alındığını qeyd edən Zelenski, “Bu gecə Ukraynaya 103 pilotsuz uçuş aparatı və bir ballistik raket atıldı. Donetsk, Xarkov, Odessa, Sumi, Çerniqov və Dnepropetrovsk və Xerson bölgələri hədəfə alındı” deyib.

Çerniqov vilayətinin Priluki şəhərinə hücumda xidmətdə olan axtarış-xilasetmə qrupunun ailəsindən biri uşaq olmaqla 3 nəfərin həlak olduğunu açıqlayan Zelenski, “Rusiya davamlı olaraq qətli davam etdirmək üçün özünə vaxt qazanmağa çalışır. Dünyadan kifayət qədər güclü qınaq və təzyiq hiss etmədikdə, yenidən öldürür” deyib.

Ölkəsinə edilən hücumu “terror hücumu” kimi xarakterizə edən Zelenski müttəfiqlərini Rusiyaya təzyiq göstərməyə çağırıb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, rusların gecə saatlarında həyata keçirdiyi hücumlarda Priluki şəhərində 5, Xarkov şəhərində isə 18 nəfər ölüb, 6 nəfər yaralanıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Alman ziyalıları “Fələstin” üçün üsyan etdilər!

Aynur Camal

ChatGPT-nin istehsalçısı olan OpenAI 157 milyard dollar dəyərində qiymətləndirilir

Aynur Camal

K vitamini niyə lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu