25 C
Baku
10 Sentyabr 2025, 11:42
Digər

Zelenski: Bu gün rusiyalılar tərəfindən Ukraynaya 110-a yaxın raket buraxıldı

“Səhərki hücum zamanı Rusiya qoşunları Ukraynaya müxtəlif növlü 110-a yaxın raket buraxıb”.

Bugun.tv-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

O bildirib ki, Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlər, o cümlədən doğum evi, tədris müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi evlər, kommersiya anbarı, parkinq atəşə tutulub: “Bu gün Rusiya arsenalında olan demək olar ki, hər növ silahdan zərbə endirib”.

Zelenskinin sözlərinə görə, rusiyalılar tərəfindən 110-a yaxın raket buraxılıb, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub: “Lakin atışma nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və lazımi yardım göstərir”.

Bugün TV

Oxşar xəbərlər

Rusiyada nasos stansiyasında baş verən partlayışdan sonra fövqəladə vəziyyət elan edildi

Bugün TV

“Hacı Şahin İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirmişdi”-Jalə Əhmədova YAZIR

Nigar Məmmədova

“İran xüsusi xidmət orqanları Azərbaycanın müvafiq qurumları ilə birgə araşdırmada iştirak etməlidir”- Arzu Nağıyev

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu