DünyaSiyasət

Zelenski Çin prezidentini Kiyevə dəvət etdi

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski  Associated Press (AP) xəbər agentliyinə danışıb. Çin prezidenti Si Cinpini Kiyevə dəvət edən Zelenski, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Si ilə söhbətlər apardıqlarını bildirib.

“Cinpini burada görməyə hazırıq, onunla söhbət etmək istəyirəm. Mən onunla müharibədən əvvəl danışmışam. Lakin bir ildən çoxdur ki, əlaqə saxlamırıq”.

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Ukrayna və Çin liderləri arasında görüşün keçirilməsi üçün iş aparıldığını bildirib. Lakin yekun nəticənin hələ əldə olunmadığını qeyd edib.

Xatırladaq ki, Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya gedib və Putini Çinə dəvət edib.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

Alimlər: Vitamin K yaşlılarda əzələ gücünün azalmasının qarşısını ala bilər

Aynur Camal

Alimlər: İnsanların qanında karbon qazının səviyyəsi artır

Aynur Camal

ABŞ Konqresində İran zərbələri ilə bağlı səlahiyyət mübahisəsi dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu