27 C
Baku
7 Sentyabr 2025, 13:31
Baş xəbərDünya

Zelenski Donetsk vilayətində ukraynalı əsgərlərə baş çəkib

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətində ukraynalı əsgərlərə baş çəkib.

Prezidentin rəsmi saytında verilən açıqlamaya görə, Zelenski bu gün qeyd olunan Dəniz Piyadaları Günü ilə əlaqədar Donetsk vilayətinin Marinka və Uqledar şəhərləri istiqamətində Ukrayna ordusunun ön mövqelərində olan əsgərlərlə görüşüb.

Komandirlərdən cəbhədəki hadisələrlə bağlı məlumat alan Zelenski bildirib ki, Ukrayna dəniz piyadaları düşmənə qarşı effektiv döyüşür.

“Buna görə də bu gündən etibarən biz dəniz piyadalarının potensialını əhəmiyyətli dərəcədə artırır və Dəniz Piyadaları Korpusunu formalaşdırırıq”, – deyə Zelenski bildirib.

Vladimir Zelenski səfəri zamanı bəzi Ukrayna əsgərlərinə də dövlət medalları təqdim edib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Fransada etirazçıların sayı 1 milyonu ötüb

Aynur Camal

ABŞ Venesuelanı “deport edilmiş vətəndaşlarını qəbul etməsə, daha sərt sanksiyalarla” hədələdi

Aynur Camal

Ölkədə bağlı cinayətlərin üstü açıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu