Baş xəbərDünya

Zelenski G7 liderlərinin Xirosimada keçiriləcək sammitində iştirak edəcək

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiyada keçiriləcək G7 Liderlər Sammitində şəxsən iştirak edəcəyi açıqlanıb.

Sözügedən səfər Zelenskinin Rusiyanın hücumlarının başladığı 2022-ci ilin fevralından sonra Asiya regionuna ilk səfəri olacaq.

Bildirilib ki, Zelenski liderlərlə görüşə və G7 ölkələrinin Ukrayna ilə mövcud həmrəyliyini gücləndirməyi hədəfləyə bilər.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Sammitin son günündə, şəxsən Zelenskinin iştirakı ilə G-7 liderləri arasında Ukrayna ilə bağlı sessiyanın keçirilməsi qərara alınıb”.

Ukrayna lideri sammit çərçivəsində Yaponiyanın baş naziri Kişida Fumio ilə də görüşəcək.

Yaponiyanın ev sahibliyi etdiyi, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderlərinin qatılacağı sammit mayın 21-də başa çatacaq.

Sammitə Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya, Braziliya, Vyetnam liderləri və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub.

G7 qlobal siyasi və iqtisadi problemlərin həlli üçün mühüm beynəlxalq platformalardan biri hesab olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“İran ətrafında proseslər region üçün ciddi risk yarada bilər”

Aynur Camal

Deputat imkansız insanlara yardım etməyə çağırdı

Aynur Camal

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu