31 C
Baku
19 İyul 2025, 19:20
Dünya

Zelenski generalı böyük itkilər verməkdə ittiham etdi

Zelenski Rusiyaya işləməkdə ittiham olunan Ukrayna Silahlı Qüvvələrinin generalını vəzifəsindən azad edib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl böyük itkilər verməkdə və Rusiyaya işləməkdə ittiham olunan Ukrayna Silahlı Qüvvələrinin generalı Yuri Sodolu vəzifəsindən azad edib. Bu barədə o, teleqram kanalında məlumat verib.

“Biz Ukrayna Silahlı Qüvvələrində kadr məsələlərini də müzakirə etdik. “Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, – deyə Zelenski bildirib.

Ukrayna Milli Qvardiyasının tərkibində fəaliyyət göstərən Azov briqadasının (Rusiyada terrorçu və ekstremist kimi tanınan, qadağan olunmuş təşkilat) qərargah rəisi Boqdan Kroteviç Sodolu qoşunların və ərazilərin itkisində günahlandırıb, “Ukrayinska Pravda” qəzeti yazıb.

Kroteviç Dövlət İstintaq Bürosunu generalla bağlı araşdırma aparmağa çağırıb. Sodolu da Rusiyaya işləməkdə ittiham ediblər. Xalq deputatı Maryana Bezuqlaya isə yazıb ki, Odessa restoranında içki içdiyi üçün Rusiya Silahlı Qüvvələrinə Toretsk bölgəsinə girməyə icazə verib.

Mənbə: Amp.News

İntizar Əmirova

Oxşar xəbərlər

Süni intellektlə yazılan xəbərləri başa düşmək daha çətindir

Aynur Camal

Sabah məktəblər açılır

Kəmalə Sultan

Emmanuel Makron Ukraynanı dəstəklədiyini bir daha bəyan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu