28 C
Baku
8 Sentyabr 2025, 15:08
Digər

Zelenski: Kiyevə edilən hava hücumuna dünyanın reaksiyasını gözləyirik

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində yazıb. “Dağıntılar altında insanlar ola bilər. Rusiyanın bu raketləri, hücum pilotsuz uçuş aparatları aylardır atəşkəs və real diplomatiya çağırışı edən hər kəsə açıq cavabdır. Rusiya danışıqlar masası üzərində ballistikanı seçir. Başverənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə atəşkəsə və müharibəni genişləndirməməyə çağırıb. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların ölümü daha böyük emosiyalar doğurmalıdır. Biz dünyada sülhə çağıran hər kəsdən reaksiya gözləyirik”, – deyə Zelenski əlavə edib. Zelenski bildirib ki, Rusiyaya qarşı yeni sərt sanksiyaların vaxtıdır. Ukrayna lideri deyib ki, Rusiya bu müharibənin hər zərbəsinə, hər gününə görə öz məsuliyyətini hiss etməlidir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Tanınmış prodüserin qızı da məzun oldu – FOTOLAR

Aynur Camal

Türkiyədə yayın əvvəlindən indiyədək beş mindən artıq meşə yanğını baş verdi

İntizar Əmirova

Yeni- Uşaqlara qarşı işgəncələr davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu