Baş xəbərSiyasət

Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində iştirak edəcəyini açıqlayıb.

O, Almaniyanın Ramşteyn Hava Bazasında ABŞ-ın ev sahibliyi etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupu Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın hücumundan sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, Zelenski ilə görüşündə bu ölkəni sona qədər dəstəkləyəcəkləri mesajını verib.

“Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Dəvətimi qəbul edib, sammitə qatıla biləcəyi üçün şadam”,- deyib.

2008-ci ildə Buxarest Sammitində NATO ölkələrinin gələcəkdə NATO-ya üzv olmaq qərarına gəldiyini xatırladan Stoltenberq, Ukraynanın NATO-ya üzvlük və təhlükəsizlik təminatları məsələsini də Zelenski ilə müzakirə etdiyini bildirib.

“Bir gün, bu müharibə başa çatdıqda, tarixin təkrarlanmamasını, Rusiyanın bir daha Ukraynaya qarşı müharibə etməməsini, Avropanın təhlükəsizliyini məhv etməməsini təmin etməliyik. Ona görə də təhlükəsizlik çərçivəsini müzakirə etməliyik”.- əlavə edib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu