27 C
Baku
28 İyun 2025, 11:03
Dünya

Zelenski: “Rusiya ilə müharibədə yeni mərhələyə qədəm qoyacağıq”

Bugun.tv xəbər verir ki, rezident Vladimir Zelenski qış dövründə Ukrayna-Rusiya müharibəsində həm mülki əhaliyə, həm də taxıl ixracına təsir edəcək yeni mərhələyə qədəm qoyacağını bəyan edib.

“Associated Press”ə danışan Zelenski Rusiya ilə müharibə və İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlamalar verib.

Zelenski Rusiya ordusuna qarşı yazdan bəri həyata keçirilən hücumun gözlənilən nəticəni vermədiyini, bunun əsas səbəbinin Ukraynanın müttəfiqlərindən ümid etdiyi silahları ala bilməməsi olduğunu vurğulayıb.

Rusiyanın intensiv hava hücumunun yenidən başlayacağını təxmin edən Zelenski müdafiəni qorumaqla yanaşı, mülki əraziləri də müdafiə etməyin qış əməliyyatını xüsusilə çətinləşdirəcəyini bildirib.

Teymur Əziz

Oxşar xəbərlər

C.Buffon maraqlı paylaşım edib

Nigar Məmmədova

BMT: Qəzza fəlakəti müharibə başlayandan bəri ən pis gününü yaşayır

Aynur Camal

Netanyahu: İsrail Qəzza əməliyyatını HƏMAS məhv edilənə qədər dayandırmayacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu