Baş xəbərDünya

Zelenski: Rusiya son bir həftədə 1200 idarə olunan bomba ilə hücum etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın son bir həftədə hava hücumlarında 1200 idarə olunan bomba və 80-dən çox raketdən istifadə etdiyini açıqlayıb. Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun Ukraynaya endirdiyi hava zərbələri ilə bağlı məlumat paylaşıb.

Zelenski bildirib ki, ruslar təkcə son bir həftə ərzində Ukraynaya qarşı hava hücumlarında 1200 idarə olunan bomba və 80-dən çox müxtəlif tipli raketlərdən istifadə edib.

Rusiya ordusunun bu müddət ərzində ölkəsinə təxminən 870 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini də bildirən Zelenski, rusların bu İHA-larda xarici komponentlərdən istifadə etdiyini vurğuladı və bu ölkəyə qarşı sanksiyaların artırılmasının lazım olduğunu müdafiə etdi.

Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün müttəfiqləri ilə işləməyə davam etdiyini qeyd edən Zelenski, “Ədalətli sülh və etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün işimizi davam etdiririk” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Almaniya soyqırımda şərik olmaqda ittiham olunur

Aynur Camal

ABŞ-dan Tayvana silah satışı

Teymur Əziz

Səudiyyə Ərəbistanını çaşdıran hadisə! Dəvələr üçün estetika və botoks ölkəni ayağa qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu