Bugun.tv bu barədə Ukraynanın dövlət başçısının “Telegram” kanalına istinadla xəbər verir. Zelenski bundan əvvəl Trampla əvvəlcə təkbətək, sonra isə Avropa liderlərinin iştirakı ilə uzun və məzmunlu söhbət edib. Danışıqların ümumi müddəti bir saat yarım, Tramp ilə görüş isə təxminən bir saatdan çox olub.
O vurğulayıb: “Biz Prezident Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və bunun üçün üçtərəfli formatın uyğun olduğunu vurğulayır”.
Ukrayna Prezidenti, həmçinin ABŞ-la birlikdə Ukraynanın təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün avropalı tərəfdaşların cəlb edilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, Kiyev bütün müttəfiqləri ilə mövqelərini koordinasiya etməkdə davam edir.
