7 C
Baku
21 Dekabr 2025, 11:49
Digər

Zelenski: Ukrayna Rusiya ilə potensial “ərazi mübadiləsi” məsələsində qırmızı xətləri keçməyə hazır deyil

Bugun.tv xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib. O qeyd edib ki, Kiyevin nəyə hazır olması barədə danışmazdan əvvəl Moskvanın nələri edə biləcəyini öyrənmək lazımdır. Məsələn, Donetsk bölgəsi ilə bağlı Amerika lideri Donald Trampla görüşdə qeyd olunub ki, 2022-ci ilin fevralından Rusiya onun ərazisinin 69%-ni deyil, təxminən üçdəbirini ələ keçirib. O əlavə edib: “Yəni, demək olar ki, 4 illik genişmiqyaslı müharibədə onlar Donetsk vilayətinin üçdəbirini işğal ediblər. Ona görə də izah etdim ki, ilin sonuna qədər bizim Donbasımızı işğal edəcəkləri ilə bağlı xəbərlərin hamısı boş söhbətdir. Bizim Donbasımızı işğal etmək üçün onlara daha 4 il vaxt lazım ola bilər”. Sumı bölgəsinə gəlincə, Zelenski Rusiyanın onu ələ keçirə bilməyəcəyinə əmindir.

Bugün TV

Oxşar xəbərlər

Barselonada məscidə hücum edən neonasistlərə 2,5 ilə qədər həbs cəzası

Bugün TV

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

Aynur Camal

Türkiyənin və Suriyanın XİN başçıları mətbuata birgə açıqlama verdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu