6 C
Baku
23 Fevral 2026, 8:51
Baş xəbərDünya

Zelenski: Ukrayna Rusiyaya güzəştə getməyəcək

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı müraciətində bildirib. Müraciəti Kiyevin mərkəzindən – “Müstəqillik” meydanından edən Zelenski Ukrayna şəhərlərinə, xüsusən də Donetsk, Luqansk, Krıma olan məsafələrin yazıldığı “Sıfır Kilometr”ə də diqqət çəkib. “Bu gün bu işarələr tamamilə fərqli məna daşıyır. Onlar artıq, sadəcə, kilometrlərlə deyil. Onlar xatırladırlar ki, bütün bu ərazilər Ukraynadır. Bizim xalqımız oradadır və aramızdakı heç bir məsafə, heç bir müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün ukraynalılar arasındakı bu məsafə aradan qalxacaq və biz yenidən bir ailə, bir ölkə kimi birlikdə olacağıq”, – deyə Zelenski əlavə edib. Prezident əsgərlərə, könüllülərə, həkimlərə, xilasedicilərə, müəllimlərə, gənclərə və digər ukraynalılara təşəkkürünü bildirib.

Bugün TV

Oxşar xəbərlər

Ramazan ayında Qəzzada fələstinlilər aclıqla mübarizə aparır

Aynur Camal

Abbas Araqçi: “Təslim olmuruq, çünki biz iranlıyıq”

Aynur Camal

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu