22 C
Baku
27 İyul 2025, 9:12
Baş xəbərDünya

Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə göstəriş verdi

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyəyə Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünü Rusiya olmadan davam etdirməyə hazır olduqlarına dair rəsmi sənəd hazırlanmasını tapşırıb.

Zelenskinin mətbuat katibi Sergey Nikiforov sosial media hesabında afrikalı jurnalistlərə müsahibəsi zamanı Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişindən çıxması ilə bağlı Prezident Volodimirin bəzi açıqlamalarını paylaşıb.

Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı biri Ukrayna, Türkiyə, BMT, digəri isə Rusiya, Türkiyə və BMT arasında 2 razılaşmanın olduğunu bildirən Zelenski, “Ona görə də Rusiya bunu dayandırdığını dedikdə (müqaviləni) BMT-nin baş katibi Antonio Quterres və prezident (Rəcəb Tayyib) Ərdoğanla olan razılaşmanı pozur. Bizimlə yox. Bizim onlarla heç bir razılaşmamız yoxdur”, – deyib.

Mənbə: TRT Haber

 

Teymur Əziz

Oxşar xəbərlər

Turist fırıldaqçılarına qarşı əməliyyat oldu: 21 nəfər saxlanıldı

Bugün TV

Heydər Əliyev Fondunun Pakistandakı humanitar izi

Aynur Camal

Rusiyada Twitch, TikTok, Pinterest və Wikipedia cərimələndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu