Bugun.tv xəbər verir ki, Zelenski Rusiya da daxil olmaqla 291 şirkətə və daha 192 şəxsə qarşı sanksiya tətbiq edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını dəstəkləyən fərman Ukrayna liderinin saytında dərc olunub.
Sənədə əsasən, 192 fiziki şəxsə qarşı 10 il müddətinə sanksiya tətbiq edilir. Onlar əsasən Rusiya vətəndaşlarıdır.
Bundan əlavə, 291 hüquqi şəxs məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Onların əksəriyyəti Rusiya zavodları və şirkətləridir.
Mənbə: Lenta.ru
