8 C
Baku
12 Dekabr 2024, 11:48
Dünya

Zelenski yenidən hava hücumundan müdafiə sistemi və sursat tələb edir

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın son hücumlarından sonra yenidən dövlətləri sursat və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb. ABŞ-ın müdafiə naziri Lloyd Austin dünən uzunmüddətli perspektivdə Ukraynaya 6 milyard dollarlıq yeni əlavə hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumundan sonra hava hücumundan müdafiə və sürətli silahların çatdırılması ilə bağlı yeni çağırış edib. Zelenski deyib ki, Ukrayna şəhərlərini qorumaq və cəbhədə üstünlük əldə etmək üçün daha çox hava hücumundan müdafiə və sursata ehtiyac duyur.

Zelenski öz çağırışında “Terror həmişə uduzmalıdır və Rusiya terroruna qarşı bizə kömək edən hər kəs həyatın əsl müdafiəçisidir” deyib.

ABŞ Müdafiə Naziri Ostin uzunmüddətli perspektivdə Ukraynaya 6 milyard dollarlıq yeni əlavə hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

Austin, 6 milyardlıq əlavə təhlükəsizlik yardımı paketinə Ukraynanın Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün kritik tutucular, daha çox pilotsuz uçuş aparatları sistemləri və dəstək avadanlığı, əhəmiyyətli miqdarda artilleriya sursatları və havadan yerə döyüş sursatları və texniki xidmətin daxil olacağı məlumatını paylaşıb.

Qeyd edilib ki, Zelenskinin zəngi bu əlavə paket elanından sonra gəldi.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Uqandada LGBT əleyhinə qanun layihəsi qüvvəyə minəcək

Nigar Məmmədova

Xarici zirehli texnikanın saxlandığı yerləri vurdular

Bugün TV

Yeni hökumət etimad səsverməsi aldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu