Baş xəbər

Zelenski:”Diplomatik marafonumuz davam edir”

“Artıq Ukrayna üçün tank koalisiyası yaradıldı. Uzaqmənzilli raketlərin tədarükü ilə bağlı qadağa artıq aradan qaldırılır, artilleriyamızın gücləndirilməsində yeni nailiyyətlər var.

Biz xarici siyasətimizi hər zaman beynəlxalq münasibətlərin  iştirakçılarına hörmət üzərində əsaslandırırıq. Bütün xalqlar bərabərdir və digər xalqlarla müstəqil həyata, sülhsevər əməkdaşlığa layiqdirlər. Bu prinsipimiz dünyanın hər yerində anlayışla qarşılanır. Ukraynanın beynəlxalq əlaqələrin sabitləşdirilməsi üçün səylərini dəstəkləyən hər bir dövlətə, hər bir xalqa minnətdaram.

Cəbhədə mövqelərimizi qoruyan, düşməni məhv edən, hamımıza qələbəyə inam verən hər kəsə təşəkkür edirəm.

Ukraynanın qələbəsinə eşq olsun!

Hazırda döyüşdə olan hər kəsə eşq olsun!

Dövlətimizə dəstək olan hər kəsə minnətdaram!

Eşq olsun Ukraynaya!”

Bugun.tv xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi  Facebook hesabında qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu