21 C
Baku
28 İyun 2025, 0:25
Baş xəbərDünya

Zelenskidən Putinə şərti yaşıl işıq: Mən onu düşmənim hesab edirəm

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə müharibənin dayandırılması ilə bağlı razılaşmaya yaşıl işıq yandırıb. Putinlə üz-üzə oturaraq görüşməyə hazır olduğunu deyən Zelenski danışıqlar üçün şərtlər qoyub. Ukrayna prezidenti Vladimir Zelenski müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə üz-üzə oturaraq görüşməyə hazır olduğunu bildirib və müharibəni bitirəcək razılaşmaya yaşıl işıq yandırıb.

“Əgər bu, Ukrayna vətəndaşlarına sülhü təmin edə biləcəyimiz və insan tələfatı vermədiyimiz yeganə variantdırsa, mən bunu mütləq müzakirə etməyə hazıram”, – deyə Zelenski bildirib.

Ukrayna lideri danışıqlarda ABŞ və Qərb ölkələrinin də iştirakını şərtləndirərək, “Əgər insanlar diplomatik yola girməli olduğumuza inanırlarsa və mən də diplomatik yola girməyə hazır olduğumuza inanıram. ABŞ, Avropa, Ukrayna və Rusiya (danışıqlarda) olmalıdır” deyib.

Putinə qarşı nəzakətli olmayacağını bildirən Zelenski, “Ona münasibətimin nə əhəmiyyəti var? Mən ona qarşı nəzakətli olmayacağam. Və mən onu düşmənim kimi görürəm. Açığı, onun da məni düşmən gördüyünə inanıram” deyib.

ABŞ-ın yardımı kəsmə ehtimalına toxunan Zelenski sözlərini belə yekunlaşdırıb:

“ONU DÜŞMƏNİM KİMİ GÖRÜRƏM”

Putinə qarşı nəzakətli olmayacağını bildirən Zelenski, “Ona münasibətimin nə əhəmiyyəti var? Mən ona qarşı nəzakətli olmayacağam. Və mən onu düşmənim kimi görürəm. Açığı, onun da məni düşmən gördüyünə inanıram” deyib.

ABŞ-ın yardımı kəsmə ehtimalına toxunan Zelenski sözlərini belə yekunlaşdırıb: Yardıma ehtiyac böyükdür və yardım bu günə kimi dayanmayıb. Təchizatlar keçən il və ya son il yarımda olduğu kimi gəlməkdə davam edir. Proseslər bir qədər səngiyəndə və bəzi şeylər vaxtında çatmayanda belə, onlar gec gəlib bizə imkan verdilər ki, müdafiə qüvvələrimizi dəstəkləyək, düşməndən müdafiə edək”.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avtomobili ilə polisi vuran şübhəli həbs edildi

İntizar Əmirova

3D printer ilə odlu silah hazırlayan şəxs həbs cəzasına məhkum edildi

Aynur Camal

Komitə sədri Əməkdar jurnalistə təbrik məktubu göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu