Bugun.tv xəbər verir ki, Zirvə İslahatlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Bu barədə mərkəzin sədri Elçin Axundzadə məlumat verib. “Öncə onu deyim ki, mən əsası ulu öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına məktəbi bitirmişəm və həyatımda nə qazanmışamsa ona borcluyam. Buna görə də, hər il milli liderin doğum gününü xüsusi olaraq qeyd etməyi özümə bir təşkilat rəhbər, bir Azərbaycan vətəndaşı kimi borc bilirəm. Bu dəfə H.Əiyevin yubileyini qardaş ölkədə, Zirvə İslahatlar Dəstək Mərkəzi və Türk İslam Dünyasının Mədəniyyət Və İqtisadiyyat üzrə rəhbəri Əli Gülbəy, onun müavini Akif Qasımovla birlikdə, İstanbulda keçirdik.
Tədbirə AKP-nin vəkili Uman Kurtulmuş və bu partiyanın digər üzvləri, MHP-dən millət vəkilləri, dərnək rəhbərləri, konsullar, bələdiyyə sədrləri, iş adamları, Azərbaycanın İstanbuldakı baş konsulluğundan və Türkiyə mediasının nümayəndələri qatıldılar. Çox möhtəşəm bir yubiley keçirdik”.
E.Axundzadənin sözlərinə görə, ötən gün isə Türkiyənin Mustafa Kamal Paşa hava limanı yaxınlığında təşkil olunan Prezident Ərdoğana dəstək mitinqində iştirak ediblər. “Bildiyiniz kimi 14 mayda Türkiyədə Prezident seçkiləri keçiriləcək. Seçkilər kifayət qədər gərgin olacaq. Bir təşkilat rəhbəri olaraq, mən Prezident Rəcəb Tayyip Ərdoğan siyasətini dəstəkləyirəm. Onun bu seçkini qazanmasını istəyirəm”.
Zirvə İslahatlara Dəstək Mərkəzinin rəhbəri sonda onu da qeyd edib ki, Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbiri Bakıda da keçirməyi planlaşdırırlar. “Türkiyədən bura millət vəkilləri, partiya mənsubları, mədəniyyət xadimləri, media nümayəndələri, dərnək rəhbərləri gələcəklər. Bunların hamısını da təşkilatımız öz vəsaitm hesabına həyata keçirməyi planlaşdırır”, – Elçin Axundzadə əlavə edib.
Müxbir: Qaytən Qasımzadə