Baş xəbərHadisə

“Zoom” işçiləri üçün yeni qərar çıxardı

Zoom yeni qəarar qəbul etdi

Bugun.tv xəbər verir ki, COVID-19 epidemiyası zamanı populyarlaşan onlayn video konfrans tətbiqi Zoom, şirkətin istənilən ofisindən 80 kilometr məsafədə yaşayan işçilərinin həftədə ən azı 2 gün ofisdə işləməli olduğunu açıqlayıb.

Məlumatı BBC agentliyi yayıb. Zoom hibrid iş modelinin işçilər üçün ən effektiv iş üsulu olduğu və yeni sistemin avqust və sentyabr aylarından etibarən mərhələli şəkildə tətbiq olunacağını bildirib.

Yeni sistemin şirkəti daha yaxşı vəziyyətə gətirəcəyi və işçilərin iş imkanlarını artırmaq üçün dəstək verməyə davam edəcəyi vurğulanıb.

Wall Street Journal-ın 2022-ci ildə açıqladığı məlumatlarda şirkət işçilərinin 75 faizinin uzaqdan, 24 faizinin hibrid üsulla işlədiyi, yalnız 1 faizinin isə normal iş sistemini tətbiq etdiyi göstərilir.

 

Bugün TV

Oxşar xəbərlər

Günəşdə ən yüksək dərəcəli alışma baş verdi

Aynur Camal

Azərbaycan MN: “Ermənilərin təxribat məqsədilə Laçında basdırdığı 122 mina aşkarlanıb”

Aynur Camal

Qərb bölgələrində havanın temperaturu enəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu