21 C
Baku
28 İyun 2025, 1:15
Baş xəbərSosial

“Zorlamaya görə cəzanın sərtləşdirilməsi sosial sifarişdir” – Əməkdar jurnalıst çağırış etdi

“Dostluğumda millət vəkilləri var, əlaqədar qurumların nümayəndələri var. Amma heç kimi işarələmirəm. Zorlamaya görə cəzanın sərtləşdirilməsi sosial sifarişdir! Lütfən bunu təmin edin”!

Bugun.tv xəbər verir ki, Əməkdar jurnalist Nüşabə Hüseynli facebook hesabında belə bir paylaşım edib. O, Bərdə rayonunun Kətəlparaq kəndində hazırlığıa gedən 14 yaşında qızı hədələyib, görüntülərini yaymaqla şantaj edərək zorlayan 3 nəfərə hökm oxunduğunu yazıb. Təqsirləndirilənlərə törətdikləri əmələ görə, 5 ay həbs cəzası verilməsinə etirazını bildirib.

“Bəzi saytlarda məlumatın sonunda qızın əqli qüsurlu olduğu qeyd olunub. Buna yüngülləşdirici hal hesab edilməsi düşüncəsi ilə yanaşılması böyük əxlaqsızlıqdır. Və ümumiyyətlə, belə cinayətlərdə yüngülləşdirici hal olmamalıdır. Cinayət cinayətdir, amma belə cinayətlər ən ağırıdır. Cəzalar mütləq sərtləşdirilməli, cəza üsulu hadisənin özü qədər amansız olmalıdır. Hüquq “İçəridə onsuz da onların başına oyun açacaqlar”ın ümidinə qalmamalıdır”.

Millət vəkillərinə çağırış edən Nüşabə Hüseynli əlaqədar qurumlardan bu kimi cinayətlərə görə təyin olunan cəzaların ağırlaşdırılmasını xahiş edib.

Mövzuya yenidən qayıdacağıq

Bugün TV

Oxşar xəbərlər

ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq

Bugün TV

Torpaq xidmətləri ödənişli əsaslarla olacaq

Aynur Camal

15 mərtəbəli binada yanğın oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu