10 C
Baku
12 Aprel 2026, 21:26
Sosial

“Zəfər Andı – 5” adlı ədəbi-bədii gecə keçirilib

Bugun.tv– xəbər ki, Heydər Əliyev Sarayında 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.

Deputat Ceyhun Məmmədov sözügedən tədbirdə iştirakını öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondu, Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Açılış hissəsində şəhid ailələrinin və gənc qazilərimizin çıxışları, bədii hissədə isə Nicat Kazımovun rejissorluğu və İlqar Fəhminin ssenarisi ilə hazırlanan “Zəfər Andı” bədii kompozisiyası nümayiş olunub.

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, 1800-dən çox qonağın iştirak etdiyi bu tədbir həm Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə ehtiram, həm də gənclərimizdə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu