Dünya

Zəfər salnaməsinin 5 illiyinə həsr olunan mötəbər tədbir keçirilib

Bugun.tv– yə daxil olan məlumata əsasən, “Modern inkişaf və ailə” İB-nin sədri, YAP Veteranlar Şurasının üzvü, ictimai xadim Zərifə Quliyevanın təşkilatçılığı ilə Zəfər salnaməsinin 5 illiyinə həsr olunan mötəbər tədbir keçirilib.

Bu barədə öz Facebook səhifəsində məlumat paylaşan əməkdar jurnalist Mətanət Ağamirli qeyd edib ki, tədbirdə şəhid anaları, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Zəfər salnaməsinin 5 illiyinə həsr olunan bu mötəbər tədbirdə Ali Baş Komandan İlham Əliyevin qəhrəman Azərbaycan Ordusu ilə birlikdə qazandığı və qazandırdığı qələbə tarixinə bir daha nəzər salınıb, dəyərləndirilib.

Həmçinin qeyd edilib ki, Zəfər günü təkcə hərbi qələbə deyil, həm də milli ruhun, millin heysiyyatın, dövlətçiliyimizin, bütövlüyümüzün bayramıdır! Bayramın mübarək Azərbaycan!

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu