Baş xəbərDünya

Zəlzələ oldu: Uçuşlar dayandırıldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. Nyu-York Con Kennedi, Nyu-Cersi Nyuark Liberti və Baltimor-Vaşinqton Turqud Marşal beynəlxalq hava limanlarında uçuşlar dayandırılıb. Can və mal itkisi barədə məlumat verilməyib. Hündür binaların çox olduğu Nyu Yorkda baş verən nadir zəlzələ göydələn tipli binalarda daha şiddətli hiss olunub. Zərərin yoxlanılması üçün Nyu-York Con Kennedi (JFK), Nyu-Cersi Nyuark Liberti (EWR) və Baltimor-Vaşinqton Thurgood Marshall beynəlxalq hava limanlarında uçuş-enmə zolaqlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu