25 C
Baku
19 İyul 2025, 23:28
Baş xəbərDünya

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Bugun.tv Yaponiya mediasına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də qeydə alınan dağıdıcı zəlzələdən əvvəl və sonra ərazidə müxtəlif maqnitudalı bir neçə yeraltı təkanın baş verdiyini bildirib. Yanvarın 6-da isə İşikava prefekturasının zəlzələ ocağına ən yaxın yaşayış bölgəsi olan Noto yarımadasında 5,4 bal gücündə afterşok qeydə alınıb. Agentlik gözlənilən yağışlarla əlaqədar sürüşmə və palçıq axını barədə xəbərdarlıq edib.

Böyük dağıntıların baş verdiyi təbii fəlakət bölgəsindəki 14 şəhərdə hələ də 24 min evin elektrik, 66 min evin su təchizatında çətinliklər var.

İntizar Əmirova

Oxşar xəbərlər

İsrailin Qəzzaya hücumu nəticəsində iki ailədən 44 nəfər həyatını itirib

Bugün TV

Mövlud Çavuşoğlu: “Bu cür hücumlar, həqiqətən də getdikcə hüdudları aşır”

Kəmalə Sultan

Sionist rejim Beyruta hücum edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu