7 C
Baku
19 Fevral 2026, 0:04
Baş xəbərDigərKriminal

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Körpükənd kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən həmin kənd sakini Yarış Şəmiyev saxlanılıb. Qeyd edilən əraziyə keçirilən baxış zamanı sonuncu tərəfindən ümumilikdə 25 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu