36 C
Baku
20 İyul 2025, 16:17
Baş xəbərHadisə

Ə.Şahidov: “Ermənistanın rəsmi nümayəndəsi sözümü 2 dəfə kəsib, həqiqətləri söyləməyimə mane olmağa çalışdı”

“Ermənilərin basdırdığı minalara düşərək həyatını itirən azərbaycanlı jurnalistlər var. Onlar barədə beynəlxalq təşkilatlar öz hesabatlarında məlumat verməli və Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalıdır”.

Bugun.tv xəbər verir ki, bu sözləri Vyanada media azadlığı ilə bağlı keçirilən tədbirdə hüqüq müdafiəçisi Əhməd Şahidov deyib. O, işğaldan azad edilmiş ərazilərdə jurnalistlərin təhlükəsiz fəaliyyət göstərməsinin hələ də mümkün olmadığını və ermənilərin həmin ərazilərə yüz minlərlə mina basdırdıqlarına da diqqət çəkib. “Təəssüflər olsun ki, işğaldan azad edilmiş ərazilərdə jurnalistlər sərbəst şəkildə fəaliyyət göstərə bilmir. Ərazilərin hamısı minalardan təmizlənməyib. Bunun üçün uzun illər və xeyli müddət lazım olacaq. Ötən illər ərzində öz peşə fəaliyyətini yerinə yetirərkən ermənilərin basdırdığı minalara düşərək həyatını itirən azərbaycanlı jurnalistlər var. Onlar barədə beynəlxalq təşkilatlar öz hesabatlarında məlumat verməli və Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalıdır”.

Əhməd Şahidovun bu çıxışı Ermənistan tərəfinin sərt reaksiyasına səbəb olub və Ermənistanın ATƏT-dəki rəsmi nümayəndəsi 2 dəfə veto hüququndan istifadə edərək, azərbaycanlı hüquq müdafiəçisinin çıxışını kəsməyə çalışıb. Çıxışını bitirən Ə.Şahidov Azərbaycanda medianın mövcud durumu ilə bağlı təktərəfli və dəqiqləşdirilməmiş məlumatların istifadə edilməsini qınayıb və Medianın İnkişafı Agentliyinin rəsmi saytında tətbiq olunan yeniliklər və islahatlar barədə məlumatlardan istifadə olunmasını tövsiyə edib.

Hüquq müdafiəçisi Azərbaycanda media azadlığı sahəsində aparılan islahatlardan, son 2 ildə tətbiq edilən yeniliklər və innovativ tətbiqlərdən də danışıb. Bəzi beynəlxalq media təşkilatlarının Azərbaycanla bağlı yaydıqları hesabatların həqiqəti əks etdirmədiyini və köhnəlmiş məlumatlar əsasında təkrar dərc edildiyini diqqətə çatdırıb. Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra bir sıra uğurlu yeniliklərin müşahidə edildiyini, Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin vahid reyestrinin hazırlandığını və media nümayəndələrinin sərbəst şəkildə məlumat əldə etməsi üçün bütün imkanların mövcud olduğunu bildirib.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Təxribatlar davam edir: Bir əsgərimiz şəhid oldu

Aynur Camal

Amerika İqtisadi Dayanıqlığının Mirajı: Son Bazar Qarışıqlığına Qlobal Perspektiv

Aynur Camal

BƏƏ prezidenti Ərdoğana başsağlığı verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu