33 C
Baku
20 İyul 2025, 19:26
Baş xəbərSiyasət

Ə.Əlibəyli: “Rusiya cəbhəni genişləndirmək siyasətini davam etdirir” – Şərh

“Görüşə səbəbi kimi maliyyə yardımı göstərilsə də, məsələnin kökündə bunun olması qənaətində deyiləm”.

Bunu politoloq Əziz Əlibəyli Rusiya ilə Suriya prezidentlərinin görüşünü Bugun.tv üçün şərh edərkən deyib. Onun sözlərinə görə, görüşün əsas səbəbi kimi maliyyə yardımının istənilməsi izah edilsə də, məsələnin kökündə bunun olması qənaətində deyil. “Bilirik ki, Ukraynada gedən müharibə konteksində Rusiya cəbhəni genişləndirmək siyasətinə start verib. Belə güman olunur ki, kollektiv qərbin qüvvələrini parçalamaq üçün bu ölkə bir neçə istiqamətdə addımlar atacaq. Bura Ermənistandaxili qarşıdurmalar – hasnı ki, orada artıq qərbin mülki adlandırdığı  müşahidə missiyası var. Bununla yanaşı, Moldova ərazisi üzərindən ikinci bir prosesin başlaması da gözlənilir. Biz cəbhənin genişləndirilməsi dedikdə, Qaradəniz hövzəsindəki qarşıdurma, dünyanın bütün ticarət yollarının keçdiyi ən əhəmiyyətli qovşağ olan Aralıq dənizi göz önünə gəlir. Çinin də iştirakı ilə bu münaqişənin ora daşınması daha ciddi reallıq kimi görünür. Bu mənada hesab edirəm ki, Rusiya nöbəti bir cəbhə – Suriya cəbhəsində Qərblə üz-üzə gəlmiş olacaq”.

Ə.Əlibəyli, Suriyada olan silahların təxminən 71 faizi ilə dünya siyasətində ən əhəmiyyətli bölgələrdən biri sayılan Suriyanın Tartus limanın Rusiyaya məxsus olduğunu xatırladıb. “Rusiyanın burada hərbi bazası yerləşir. Zənnimcə, Vladimir Putinlə Bəşər Əsəd görüşündə sadaladığım bu ciddi faktorlar əsas mövzu olaraq nəzərdən keçirilibdir”, – deyib.

 

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

TikTok süni intellekt layihəsini sabotaj edən stajçını işdən çıxarıb

Aynur Camal

Yük maşını ilə sərnişin avtobusu toqquşdu: 4 yaralı var

Bugün TV

Kolumbiyada Şakiranın altı metrlik abidəsi ucaldıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu