Son vaxtlar xarici evliliklərlə bağlı sosial mediada görüntülər çox paylaşılır. Azərbaycan xanımlarının xarici vətəndaşlarla evlənməsi, yaxud xaricdə olan xanımların bizim bəylərlə evlənməsi məsələləri çoxdan var. Amma indi xanımların xaricə getməsi daha çox diqqət çəkir. Xaricilərlə evlilik məsələsi ilə bağlı süjet ərsəyə gətirdik. İzləyək.
Bugun.tv xəbər veriri ki, bağlanan nikahlar arasında daha çox Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları üstünlük təşkil edir. Amma tanınmış ifaçı, Xalq artisti Fidan Haciyevanın seçimi fərqli olub. O, İngiltərə vətəndaşı ilə ailə qurub.
“Qismətim belə gətirib, İngiltərə vətəndaşı ilə ailə qurmuşam. Çox gözəl ailə başçısıdır. 3 övladımız var. Azərbaycan və ingilis dillərində çox gözəl danışırlar. Həyat yoldaşım bizim adət-ənənələri yaxşı bilir”, Xalq artisti bildirib.
Tanışlıqlarına gəlincə, Fidan Hacıyeva həyat yoldaşı ilə Yeni il bayramında “Karmen”i ifa edərkən tanış olduqlarını deyir. Statistika göstərir ki, ötən ilin ilk 8 ayında 1350 azərbyacan vətəndaşı əcnəbi ilə evlənib. Onlardan 658-i qadın, 692 nəfəri isə kişidır.
Sosioloq İlqar Hüseynlinin sözlərinə görə, gənclər əcnəbi vətəndaşlarla ailə qurduqdan sonra onların maddi imkanlarının artmasını müşahidə edirik.
“Yəni burada demək olmaz ki, sirf sevgiyə bağlı məsələlərdir. Bu evliliklər daha çox unversitetlərimizdə təhsil alan əcnəbilərlə Azərbaycan xanımları arasında olur. Və bu tendensiya artan templə gedir”,- deyə sosioloq bildirib.