10 C
Baku
22 Dekabr 2024, 23:05
Mədəniyyət

Əcəbsəndəl…

Mənim adım Əcəbsəndəldir, qohum-qonşu məni Əcəbcəncəl çağırır. Mən bir aparat kəşf etmişəm. Televiziya kanallarındakı mətbəxt proqramlarında bişirilən yeməklərdən aparat vasitəsilə  ekrandan evə gətirirəm. Mənim bu kəşfimə ən çox sevinən arvadım olub. O, daha xörək bişirmir. Telekanallara baxır, hansı  xörək  xoşuna gəlirsə, aparat vasitəsilə televiziya ekranından gətirib qoyur stolun üstünə, iştahla yeyirdik. Arvadın ağzında söz qalmır, tez anasına xəbər verdi. Qaynanam gəlib apparatı görəndə gözləri bərələ qaldı. Hər kanalın  mətbəxt verlişindən bir xörək yedi, sonra mənə dedi ki, birini mənə də düzəlt, düzeltməsən gəlib qalacağam sizdə. Qaynana ilə bir evdə yaşamaq nədir, başlarına gələnlər yaxşı bilər. Canımı dişimə tutub dedim ki duzəldərəm. Uşaqların anası gecə mənim qiligima girib, dilə tutdu ki, aparatı təkmilləşdir,  televizorda göstərilən verlişlərdən şuba göturək, qış gəlir, geyinməyə heç nəyim yoxdur. Səhərə kimi yatmayıb aparata əl gəzdirdim, arvad özunə bir şuba əvəzinə ikisini götürdü. Sonra  aparatı bir az da təkmilləşdirib,  televiziya verilişlərindən arvad üçün qızıl üzük, brilyant sırğa götürüdüm. Bu iş o qədər xoşuma gəldi ki, aparatı bir az da təkmilləşirdirib, televizorda oxuyan müğənniləri  ekrandan evə gətirdim. Ledi Qaqa  oxuyub getdi, Elton Con bir gecə bizdə qaldı. İşlərim yağ kimi gedirdi.  İstədim bu kəşfimə görə “Nobel” mükafatı alım.  İxtiralar mərkəzinə  gedib, aparatı göstərib soruşdum ki, mənə “Nobel” mükafatı düşür?  Dedilər ki, sənə “Nobel” mükafatı yox, beş il iş düşür. Xəbər çatdı yuxarılara, şubaları, qızılları aldılar. Dilimdən kağız yazdırdılar ki, bir də belə kəşflər etmə, etsən vay halına. Kağıza qol çəkmək istəyirdim ki, arvadın səsinə yuxudan dik atıldım. Mətbəxtdə ayağının altından şiçan qaçmışdı. Televizorda mətbəxt verilişi gedirdi. Əcəbsəndəl bişirirdilər.Əcəb işdir, televizorda olan ərzaqlar bizim evdə yox idi. Televizorda əcəbsəndələ baxırdım, ağzının suyu axırdı. Verlişə baxa-baxa bir zavod çörəyini yedim. Bizdə hər gün belədir, bəs siz də necə?
Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Beynəlxalq Muğam Mərkəzində yararadıcılıq gecəsi keçirilib

Kəmalə Sultan

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar sərgi olacaq

Aynur Camal

Xalq artisti Ramiz Novruz vəfat etdi  

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu