17 C
Baku
10 İyun 2025, 9:03
Baş xəbərSosial

Əmək müqavilələrinin sayında artım baş verib

Bugun.tv xəbər verir ki, əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə artaraq 1 milyon 763 min 669-a çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan verir.

Bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb.

Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı fondunda daha 8,5 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Aynur Camal

Oxşar xəbərlər

“Sabah” “Qarabağ”ı qəbul edəcək

Bugün TV

“Buradakı həyat sanki geriyə gedib”

Aynur Camal

Diqqət “Sextortion” xəbərdarlığı!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu