24 C
Baku
5 Sentyabr 2025, 5:41
Baş xəbərSosial

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır

Elm və təhsil nazirliyindən Bugun.tv-yə verilən məlumata görə aprelin 4-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin ölkə mərhələsi aprelin 12-dək Bakı şəhərində keçiriləcək.

İki mərhələdə keçirilən müsabiqənin rayon (şəhər) turunda ölkə üzrə bütün ümumi təhsil müəssisələrindən 5733 şagird iştirak edib və onlardan 88 nəfəri ölkə mərhələsinə seçilib.

Ölkə mərhələsinin qaliblərinə diplom və təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyənin Helsinki səfirliyinə hücum oldu

Bugün TV

Narkotik əməliyyatı oldu: 8 həbs var

Bugün TV

Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu