8 C
Baku
12 Dekabr 2024, 6:32
Texnologiya

Ənənəvi media yenidən aktual olacaq

İndi həyatımızın ayrılmaz hissəsinə çevrilən smartfonlarımız bir zamanlar mümkünsüz kimi görünürdü. Gələcəkdə isə yaranması ehitmal edilən media vasitələri bizə indi xəyal kimi görünə bilər.

Bugun.tv dünya tədqiqatçılarına istinadən xəbər verir ki, yaxın 50 il ərzində media vasitələrinin əsas sütunu texnologiya olacaq. Təsəvvür edilməsi belə mümkünsüz olunan ehtimallardan biri də qolda təsviri monitorlardır. Onları bir toxunuş ilə aktivləşdirmək olacaq. Və monitorlar bir növ ağıllı telefonları əvəz edəcək. Mövcud və daşına bilən texnologiya vasitələri zamanla sıradan çıxa bilər.
İnformasiyanın alınması üçün süni intellektlə birbaşa əlaqə saxlamaq mümkün olacaq. Əsas etibarlı mənbələrin tapılmasıdır. Süni intellekt insan ilə müqayisədə, sadəcə informasiyaya əlçatanlığı təyin edir. Amma yaxın 50 il ərzində bu üsul, gözlənilən səviyyədə inkişaf etsə, artıq auditoriya üçün etibarlı və düzgün mənbələrdən olan informasiyaları tədim etməyi bacaracaq.

Görünən odur ki, 50 il ərzində nəzərdə tutulan dəyişiklik rəqəmsal medianın ən sürətli inkişaf mərhələsidir. Bəs, ənənəvi media vasitələri necə? Qəzet, jurnal və ya televiziyalar aktuallığını saxlaya biləcəkmi?
Proqnozlara görə, ənənəvi media vasitələrinin sıradan çıxması gözlənilmir. Çünki 50 il sonra ənənəvi media da rəqəmsallaşacaq. Siz heç televiziyanı qolunuzda yerləşdirilə biləcəyini xəyal etmişdinizmi? Bəli, sadəcə bir toxunuşla. Ehtimallara əsasən, hətta 50 il sonra televiziya vasitələri indiki dövrdən daha çox aktual olacaq. Nəzərdə tutulan rəqəmsallaşma tezliyi əldə olunsa, insanların ənənəvi media vasitəsinə marağı daha da artacaq. Çünki insan beyni hazır və rahat informasiya əldə etmək istəyir.
Hətta, qəzet və jurnallar da öz aktuallığını geri qaytara bilər. Bu da rəqəmsallaşma ilə mümkün olacaq. İndi düşünmək çətin olsa da, media vasitələrində də digitallaşma yaratmaq mütəxəssislərin fikrinə görə, real hesab edilir.

Teymur Əziz

Oxşar xəbərlər

TikTok istifadəçilərinə şad xəbər!

Nigar Məmmədova

Ekran görüntüsünü çəkmək mümkün deyil

Teymur Əziz

Kompüter bazarının düşməsinin səbəbləri adlanır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu