10 C
Baku
13 Dekabr 2024, 0:05
Sosial

Əqli qüsurlu ekizlərə işgəncə verildi

Əqli qüsurlu əkiz bacılar şiddətə və işgəncələrə məruz qalıblar. Bu barədə Bugun.tv-yə xəstələrin bacısı Mənzərə Salmanova bildirib. Onun sözlərinə görə bacılarının bədənin müxtəlif nahiyyəsində işgəncə izləri var.

Beləki, bu il avqustun14-də ekizlər müalicə üçün Gəncə psixiatirik xəstəxanasına aparılıblar. Lakin onları qəbul etməyiblər. “Bundan sonra xəstə bacılarımı pulla Qazax rayonlararası psixiatrik xəstəxanasına yerləşdirdik” deyə, iddia edən Mənzər Salmanova daha sonra xoşgəlməz xəbərlər eşidib. Bundan sonra ekizləri mərkəzdən çıxarmaq istəyib. “Xəstəxananın baş həkimi Venera Saliforaya müraciət etdim ki, bacılarımı verin, özüm baxım. Baş həkim də bildirdi ki, kimlər qoyubsa, onlar da gəlib aparsınlar”.

Dəfələrlə Qazax rayon prokurorluğuna, baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçi, nəhayət ki, bacılarını xəstəxanadan çıxara bilib.

Mənzərə Salmanovanın sözlərinə görə, evə gətirilən ekizlərin geyimini dəyişərkən görüdüyü mənzərədən şoka düşüb. Beləki, onlardan birinin bədənində, əsas da sinəsində ağır zədə izlərinin şahidi olub.

İndi şikayətşinin əsas tələbi odur ki, xəstəxanada bacılarına verilən işgəncələrlə bağlı araşdırılma aparılsın və həmin şəxslər cəzalandırılsın.

Məsələ ilə bağlı Qazax rayon Psixatrik Xəstəxanasının baş həkimi Venera Salifova ilə əlaqə yaradıb, məsələyə aydınlıq gətirmək istədik. Ancaq buna nail ola bilmədik.

Salmanova bacılarını müalicə edən həkim Şayəstə Osmanova isə BuGün.Tv-yə bunları söylədi. “Xəstəxanada, nəinki, Kifayət və Mətanət Salmanovalara heç bir xəstəyə qarşı zorakılıq olmayıb. O, ekiz bacıları əllərimizlə çimizdirib, yedizdirmişik”. Ş.Osmanova iddia edir ki, xəstələrin bədənlərindəki xəsarət izlərini

onlar özləri bir-birilərinə yetiriblər. “Göz nahiyəsindəki zədə isə yəqin ki, yıxılıb stolun küncünə dəyərək zədələnib”.

Hazırda faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Xatırladaq ki, şiddət və işgəncələrə məruz qalmış şəxslər Tovuz rayonun Əlimərdanlı kənd sakinləridirlər. Onlar bu ilin avqust ayında böyük bacıları Rahilə Hacıyeva tərəfindən Qazax rayon Psixiatrik Xəstəxanasına yerləşdiriliblər. Daha sonra digər bacı, Mənzərə Salmanova tərəfindən çıxarılıb.

Hadisənin gedişatı ilə bağlı ictimaiyyətə aşıqlama verəcəyik.

Sevinc Sadıqova

Oxşar xəbərlər

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşların nəzərinə!

Nigar Məmmədova

609 mina, 469 ədəd hərbi sursat zərərsizləşdirilib

Aynur Camal

Çıxarışlı evlərin qiyməti bahalaşıb – EKSPERT RƏYİ

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu