26 C
Baku
21 İyul 2025, 6:20
Siyasət

“Ərdoğan 28 may seçkilərində zəfər çalacaq” – TƏHLİL

Bugun.tv xəbər verir ki, Türkiyədə, prezident seçkilərindən 2-ci turun necə nəticələnəcəyi politoloqların da diqqət mərkəzindədir. Siyasi şərhçi Elçin Axundzadə də bunu təhlil edib.

“28 mayda kimin qazana biləcəyi ilə bağlı mənə suallar ünvanlanır. Təhlilimə görə, namizədlərdən sayın Sinan Oğan müəyyən şərtlər daxilində seçicilərinə cənab Ərdoğana səs vermək barədə qərar qəbul edə bilər (təbii ki, təkliflər gələrsə). Altılıq masaya daxil olan İYİ partiyanın sədri Meral Akşener hədəflərinə çatıb və Kamal Kılıçdaroğlu ilə ittifaqda 9%-ə qədər səs toplayıb, partiyaçıları millət vəkili seçildilər (altılıq masadan ayrılan Meral Akşener şantaja məruz qalandan sonra təzədən masaya qayıtdı). Təxminən hesab etmək olar ki, hədəfə çatan xanım partiya sədri, Kılıçdaroğlunu zəif, ya da başdansovdu müdafiə etsin. Seçkidən sonra, Kılıçdaroğlu CHB sədrindən istefa verməyə məcbur olacaq. Yerinə ya onun müavini, ya da İstanbulun bələdiyyə sədri İmamoğlunu gətirmək ehtimalı var. Nəticə, cənab Ərdoğan 28 may seçkilərində zəfər çalacaq və Türk dünyası qazanacaq”, – ekspert E.Axundzadə vurğulayıb.“28 mayda kimin qazana biləcəyi ilə bağlı mənə suallar ünvanlanır. Təhlilimə görə, namizədlərdən sayın Sinan müəyyən şərtlər daxilində seçicilərinə cənab Ərdoğana səs vermək barədə qərar qəbul edə bilər (təbii ki, təkliflər gələrsə). Altılıq masaya daxil olan İYİ partiyanın sədri sayın Meral xanım hədəflərinə çatıb və Kılıçdaroğlu ilə ittifaqda 9%-ə qədər səs toplayıb, partiyaçıları millət vəkili seçildilər (altılıq masadan ayrılan Meral xanım şantaja məruz qalandan sonra təzədən masaya qayıtdı). Təxminən hesab etmək olar ki, hədəfə çatan xanım partiya sədri, Kılıçdaroğlunu zəif, ya da başdansovdu müdafiə etsin. Seçkidən sonra, Kılıçdaroğlu, CHB sədrindən istefa verməyə məcbur olacaq, yerinə ya onun müavini, ya da İstanbulun bələdiyyə sədri İmamoğlunu gətirmək ehtimalı var. Nəticə, cənab Ərdoğan 28 may seçkilərində zəfər çalacaq və Türk dünyası qazanacaq”, – ekspert E.Axundzadə vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

 

Bugün TV

Oxşar xəbərlər

Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürüldü

Bugün TV

İsveç və Finlandiya NATO-ya üzv olmaq barədə qərar verdi

Aynur Əfəndi Zadə

Praqa görüşünün nəticəsi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu