3 C
Baku
14 Dekabr 2025, 21:50
Dünyaİqtisadiyyat

Ərdoğan: “Nüvə yanacağı aprelin 27-də Akkuyu AES-in ilk enerji blokuna yüklənəcək”

Nüvə yanacağı aprelin 27-də Akkuyu AES-in ilk enerji blokuna yüklənəcək. Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Akkuyu Nükleer” Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə 2010-cu ildə Rusiya və Türkiyə arasında imzalanmış hökumətlərarası sazişə uyğun olaraq həyata keçirilir. Stansiya tamamilə Rusiya tərəfindən maliyyələşdirilir. Rusiyanın “Rosatom” şirkəti “Akkuyu Nükleer” ASC-nin əsas səhmdarı olub, elektrik stansiyasının inkişafı, tikintisi, texniki xidməti, istismarı və istismardan çıxarılması ilə məşğuldur.

Elektrik stansiyasına Rusiya istehsalı olan dörd VVER nəsil 3+ reaktoru daxil olacaq. Hər reaktorun gücü 1200 MVt təşkil edəcək. AES istismara verildikdən və tam gücü ilə işə salındıqdan sonra hər il təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək. Zavod Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini təmin etmək üçün nəzərdə tutulub. İlk atom enerji blokunun tikintisinin bu il başa çatdırılması planlaşdırılır.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Ay 1 trilyon dollar dəyərində platin və digər qiymətli metalları gizlədir

Aynur Camal

Aİ-nin əməkdaşı güllələndi

Bugün TV

Terror dövləti İsrailin qeyri-insani qəddarlığı!

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu