7 C
Baku
23 Dekabr 2024, 12:24
Digər

Ətli yeməklərdən imtina etmək nələrə səbəb ola bilər?

Sağlam və orqanik qidalar orqanizmi vitamin və minerallarla təmin edir, ona görə də gündəlik qida rasionunda tərkibi zülal və karbohidratlarla zəngin olan yeməklərə, xüsusilə də beynin fəallığını artıran və yaddaşı gücləndirən ət məhsullarına üstünlük vermək tövsiyə olunur. Amma bəzi insanlar ət yeməkdən imtina edib. Bəs bu nələrə səbəb ola bilər?

Azərbaycan milli mətbəxi zənginliyi və dadlı təamları ilə tanınır. Bu yeməklərin əvəzolunmazı isə ət məhsullarıdır. Ancaq zaman keçdikcə insanların damaq dadı da, düşüncə tərzi də dəyişir və bununla da bir qism insan bu yeməkdən imtina edir. Onlar sağlam həyat düşüncəsi ilə, əsasən meyvə-tərəvəz, dənli, paxlalı bitkilər və çərəzlərlə qidalanırlar.

Mövzu ilə bağlı qida mütəxəssisi Məhsti Hüseynova Bugun.tv-yə danışıb. Mütəxəssis deyir ki, ətlə qidalanan insanlar birdən birə ətdən imtina edərsə, bu zaman orqanizmə çox zərərləri toxuna bilər. Yaxşı olar ki, ümumiyyətlə qırmızı ətdən istifadə ediriksə, onun faydalarını bilərək istifadə edək və qırmızı ətdən istifadə edəndə immun sistemi həddindən artıq güclü olur. Dəri daha elastik, daha canlı görünür. Eyni zamanda da qan azlığı olan insanlara qırmızı ətin yeyilməsi faydalıdır.

Araşdırmalar göstərir ki, ət yeməyən insanların beyin fəaliyyəti zəifləyir, yaddaşsızlıq və göz zəifliyi problemi yaranır.

M.Hüseynova onu da bildirdi ki, uzun müddət ət istifadə edib, sonra imtina edən insanlarda müəyyən xəstəliklər üzə çıxacaqdır ki, buna həm maddələr mübadiləsinin pozulması, həzm sisteminin pozulması, dəridə solğunluq, erkən qocalma, eyni zamanda saçda və dırnaqda qırılmalar şəklində özünü göstərir. Təbii ki, əgər miqdarı aşsaq, həddindən artıq çox ət istifadə etsək, bu zaman ciddi problemlərlə üzləşərik. Şəkərli diabet xəstələri və ürək damar sistemində xəstəliklər olan insanlar ətin miqdarını aşarlarsa, bu zaman ciddi problemlərlə qarşılaşa bilərlər.

Həftədə 2-3 dəfə 100-150 qram ətdən, digər günlərdə isə toyuq və balıqdan istifadə etməliyik. Gənc yaşlarda ətdən çox, 30 yaşdan sonra isə az istifadə olunmalıdır.

Mütəxəssis deyir ki, ətdən tamamilə imtina edənlər tərkibində dəmir və vitamin mineral dəyəri çox olan çuğundurdan, ispanaqdan  istifadə edə bilərlər. Bunlar dəmir üçün əvəzsiz vasitədir. Bu zaman onun saplaqlarının qırmızı olmasına diqqət edək.Yalnız sapı qırmızı olan ispanaq daha faydalı hesab olunur. Təbii tünd qara  şokolad  günün birinci yarısında az miqdarda qəbul oluna bilər.

Həyatda insan üçün ən böyük nemət sağlamlıqdır. Digər qidalar kimi,  rasionda ət və ət məhsullarına xüsusi yer verilməlidir ki, sağlamlıqla əlaqədar xoşagəlməz problemlər yaranmasın.

Hər zaman sağlam olun!

Nigar Məmmədova

Oxşar xəbərlər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Bugün TV

Yaz allergiyalarından necə qorunaq?

Nigar Məmmədova

Tanınmış jurnalist Media Tədris Mərkəzində təlim keçib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu