Image default
Baş xəbərSosial

Əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel aylarında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.

Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar.

Bu dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Qərbi Azərbaycan İcmasında ilk yarımilin yekunları müzakirə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu