Baş xəbərMədəniyyət

“Əsl sevgini oyuncaq edirlər” – XALQ ARTİSTİ MÜNASİBƏT BİLDİRİB

“Deyirlər sevgi nədir? Doğmalıqdır. O nə əziyyət çəkirsə, sən də onunla bərabər çəkməlisən. Gərək sevgi sevgini tamamlasın. O səni sevirsə, sən də onu nəyəsə görə yox, onun özünə görə sevməlisən. O, sənin için olmalıdır”.

Bugun.tv xəbər verir ki, bu fikirləri Xalq artisti Ofeliya Sənani müsahibəsində bildirib. O, insanları sevdiy şəxsi  nəyəsə görə yox, onun özünə görə sevməyə çağırıb. Əsl sevgini oyuncaq edənlərə qarşı səslənib.

“Sevdiyin insana bütün məhəbbətinlə yanaşmalısan. O, ağrıyırsa, sən də ağrımalısan. O, xəstələnirsə sən də onunla birlikdə xəstələnməlisən. Validin ağır vaxtlarında, axıra yaxın mən onun yanından çəkilmirdim. O, deyirdi, “Ofa, yoruldun bir yerdə oturmaqdan”. Deyirdim, “yox, yorulmuram. Sən nəfəs alırsan, məndə sənə qulaq asıram. Görüm, nəfəsin necə gəlir”, – deyə O.Sənani keçmiş günlərini xatırlayıb.

Tanınmış teleaparıcı öz həyat yoldaşı ilə olan təmiz sevgisindən danışaraq gənclərə örnək olan tövsiyələr verib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Məhluqə Rəhimova: Məktəb — qadın hüquqlarının, elmin və dünyəvi təhsilin məkanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu