25 C
Baku
27 İyul 2024, 4:39
Baş xəbərDünya

Əyalət hökumətləri ordunu təhlükəsizliyi təmin etməyə çağırdı

Ötən gün Pakistanda keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda insan itkisindən sonra əyalət administrasiyaları ordunu təhlükəsizliyi təmin etməyə çağırıb.

Bugun.tv-nin əldə etdiyi məlumatına görə, dünəndən bəri təşkil edilən etirazlarda ümumilikdə 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Ölkə üzrə mobil internet xidmətləri dayandırılıb. Twitter, YouTube və Facebook kimi sosial media platformalarına giriş məhdudlaşdırılıb.

Şiddətli toqquşmalardan sonra Hayber Paxtunxva, Bəlucistan və Pəncab əyalətləri ordunu təhlükəsizliyi təmin etməyə çağırıb. Federal Daxili İşlər Nazirliyi üç ştatın müraciətini təsdiqləyib.

İndiyədək Pəncabda 945 etirazçı saxlanılıb. Ştatda 130 polis əməkdaşı yaralanarkən, 25 polis maşını yandırılıb, 14 dövlət binasına ziyan dəyib.

Ümumilikdə Pakistanda dünəndən bəri saxlanılan nümayişçilərin sayı 1200-ü keçib.

Qeyd edək ki, keçən iyunda koalisiya hökuməti iddia etdi ki, Xan və onun həyat yoldaşı Pakistanın əsas daşınmaz əmlak maqnatı Malik Riazdan təhsil institutu tikmək adı ilə 239 milyon dollar korrupsiyaya səbəb olublar.

Həmçinin bütün bunlara səbəb kimi, Xanın yüksək rütbəli bir kəşfiyyat məmurunu ona qarşı sui-qəsdin arxasında durmaqda ittiham etdikdən sonra baş verdiydə söylənilir.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Qatil balina Lolita 50 ildən çox saxlandığı akvariumda öldü

Bugün TV

İsveçdə silahlı hücum oldu: 2 ölü, 2 yaralı var

Teymur Əziz

İngiltərədəki millət vəkili Quran önündə and içdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu