Mədəniyyət

Əhməd Cavadın 130 illiyə həsr edilmiş qiraət müsabiqəsi keçiriləcək

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin təşkilatı, Azərbaycan İncəsənət Məktəbinin texniki dəstəyi ilə “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliği” layihəsinə start verilib.

Layihə rəhbəri Fərid Bağırovun verdiyi məlumata görə, layihə ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəsti-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı 20 aprel 2022-ci il tarixində imzaladığı sərəncamdan irəli gəlib. Layihənin məqsədi gənclər arasında Əhməd Cavad və onun yaradıcılığının təbliğ edilməsidir.

Layihə çərçivəsində Bakı şəhərində gənc qiraətçilərdən ibarət “Əhməd Cavad” klubu yaradılacaq. Klubun gənc üzvləri üçün mütəmadi olaraq layihə rəhbəri Fərid Bağırov tərəfindən peşəkar ustad dərsləri təşkil olunacaq, gənc qiraətçilərin bacarıqlarının artırılmasına dəstək göstəriləcək, eyni zamanda onlar arasında Əhməd Cavad əsərlərinin təbliği ediləcək. Klub fəaliyyətinin sonunda iştirakçılar arasında Əhməd Cavadın əsərlərindən ibarət müsabiqə təşkil ediləcək. Jurilərin və digər gənclərin iştirakı ilə təşkil edilmiş müsabiqə Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu illiyinə həsr edilmiş olacaq.

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Foundu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibidir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Bu gün Azərbaycanda ilk dəfə “Füzuli Şəhəri Günü” qeyd olunur

Bugün TV

“Fokus”-da bu dəfə kimlər olacaq?

Kəmalə Sultan

‘İşte Benim Stilim’ yarışmasının iştirakçısı, ‘Barbie’ kimi görünmək istəyən Sima Şərafəddinovanın son halı təəccübləndirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu