22 C
Baku
23 Oktyabr 2025, 14:59
Baş xəbərKriminal

Əkin sahəsini yandıran şəxs saxlanıldı

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qəsdən yanğın törədən şəxslər barəsində tədbir görülüb.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat  verilib.

Əkin sahəsini yandıran şəxs barəsində tədbir görülüb
Şamaxı Rayon Polisi tədbir keçirib

Bildirilib ki, rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər. Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub. Onunla profilaktiki söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılması) maddəsi ilə protokol tərtib edilib.
Keçirilən digər analoji tədbir zamanı Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.

 

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ayın səthində su əlamətləri aşkar edilib

Aynur Camal

Ağdaşda narkokuryerdən külli miqdarda narkotik vasitə və “Kalaşnikov” avtomatı götürüldü

Kəmalə Sultan

Qəzzadan gələn hücumda ən azı 900 israilli həyatını itirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu