28 C
Baku
13 Sentyabr 2026, 19:06
Tapdıq Dadaşov marafonçu
Baş xəbərİdman

Tapdıq Dadaşov: “O vaxt qaçış idmanları indiki kimi rahat deyildi”

“Mən Dadaşov Tapdıq Sumqayıt şəhərində yaşayıram. 1974 -1980-ci illərdən idmana başlamışam. Marafona isə 1986 -1987-ci ildən yüngül atletikanın ağır növü olan qaçış idmanı ilə başlamışam. SSRİ-də ilk marafon yarışı 1974 -cü ildə olub. Bizim marafon yarışları ilk dəfə 1974 – cü ildə olub. 1986-1987-ci ildə klublarımız olub. Biz bu klublarda məşqlər edirdik. Bu klublar vasitəsilə digər ölkələrdə marafon qaçışları ilə məşğul olurduq. Demək olar ki, indiyə qədər keçirilən bütün marafon yarışlarında mən birinci yerə layiq görülmüşəm”.

Bu fikri Bugun.tv-yə marafonçu Tapdıq Dadaşov özəl müsahibəsində bildirib.

T.Dadaşov qeyd edib ki, 2016-cı ildə Heydər Əliyev fondunun keçirdiyi “Küləyə qalib gəl” marafonu keçirilib. Orada da iştirak etmişəm. 2016-cı ildən 2023-cü ilə qədər bu marafon yarışlarında mən həmişə yaş kateqoriyalarım arasında 1-ci yerə layiq görülmüşəm. Klubumuzu da 2013-2016-cı illərdə yaratmışıq. Bunun da rəhbəri Bakı Marafon Klubunun təsisçisi və rəhbəri idman ustası Firdovsi Kərimovdur.

Tapdıq Dadaşov“2013-cü ildə İtaliyada veteranların beynəlxalq marafonları keçirilib. Orada yaxşı nəticə göstərmişəm. 2014-cü ildə Türkiyədə çempionat Avropa olub. Mən orada ən ağır 3 növə qatılmışam. Yüksək nəticə göstərmişəm, 3-cü və 4-cü yerə çıxmışam. 2020-ci ildə Türkiyədə 2 marafonda çıxış etmişəm. İstanbul marafonunda 144 marafonçunun içərisindən 5-6-cı yerə layiq görülmüşəm. 2020-ci ildə Antalyada Avropa çempionatı olub. 43 ölkədən ibarət marafonçular olub. O, marafonda da yaş kateqoriyalarım arasında 1-ci yerə, kuboka layiq görülmüşəm. Biz dayanmırıq, həmişə yarışlara hazırıq. Sumqayıtda da idmançılar yetişdirmişəm. O vaxt qaçış idmanları indiki kimi rahat deyildi. Ketalar ilə qaçırdıq. Bu da narahatlıq yaradırdı. İndi idman üçün cürbəcür idman ayaqqabıları var. Yəni, cavanlar üçün hər cür şərait yaradılıb”, -T.Dadaşov vurğulayıb.

Sonda Tapdıq Dadaşov cavanlara yorulmayaraq marafonlara gəlməyi tövsiyə etdi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu